Tağı Əhmədov Dubay istirahətindən danışdı
Bizi izləyin

Qırmızı.az

Tağı Əhmədov Dubay istirahətindən danışdı

Bu gün Bakı metrosunun keçmiş rəisi Tağı Əhmədovun ailəsi ilə birgə Dubayda istirahətdə olması haqda KİV-də məlumatlar yayılmışdı.Hətda onun ən bahalı otellərdən birində istirahət etdiyi deyilirdi.

Tağı Əhmədov “Xeberdar.az” saytına açıqlamasında ölkəni birdəfəlik tərk etməsi xəbərinin yalan olduğunu bildirib:

“Kim mənim ölkəni birdəfəlik tərk etdiyimi deyirsə, o qələt edir, başını da daşa döyür. Hamı kimi mən də bayramla əlaqədər ailəmlə birgə Dubaya gəlmişəm. Hazırda burda istirahət edirik. Burda ucuz otel yoxdu, kimsə mənim qaşıma, gözümə aşiq deyil ki, mənə oteli ucuz versin...Yaxşı oteldə qalmaq istəyirsənsə, yaxşı da pul ödəməlisən. Ayın 26-sı axşam Bakıya qayıdacağıq.Metro məsələsi ilə bağlı heç nə soruşmayın. O məsələni qapatmışam.Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm”.- deyə Tağı Əhmədov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm