ARDNŞ-nin Gürcüstanda fəaliyyəti genişlənir
Bizi izləyin

Qırmızı.az

ARDNŞ-nin Gürcüstanda fəaliyyəti genişlənir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın yanacaq bazarında ön mövqe tutmaqla yanaşı, digər layihələrin reallaşdırılmasında da fəaliyyətini genişləndirir.

Şirkətin “Qudvil” ticarət mərkəzi ilə birgə layihəsi çərçivəsində Tbilisi və soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhəri arasındakı mərkəzi avtomobil yolunun Lilo yaşayış məhəlləsi yerləşən sahəsində böyük ticarət obyekti və yeni yanacaqdoldurma stansiyası inşa olunub istifadəyə verilmişdir. Ticarət obyektində 45, yanacaqdoldurma stansiyasında isə 17 nəfərin işlə təmin olunduğu bildirilib.

Altı yüz kvadratmetr ərazini əhatə edən ticarət obyekti Almaniya və Yaponiya avadanlığı ilə təchiz olunub. Burada istehlakçılar üçün kafe-bar və simsiz internet də fəaliyyət göstərir.

Obyektlərin açılışında ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, şirkətin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və başqaları iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm