Bakıda avtomobillərin küçələrdə dayanmasının qarşısı tam alınacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda avtomobillərin küçələrdə dayanmasının qarşısı tam alınacaq

Avropa oyunlarınadək Bakıda avtomobillərin küçələrdə dayanmasının qarşısı tam alınacaq


Bakı 2015 I Avropa Olimpiya Oyunlarına hazırlaşır. Bununla bağlı Bakıda yol kənarlarında avtomobil saxlayanlara qarşı reydlərə başlanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun AzadlıqRadiosuna verdiyi məlumata görə, Bakıda süni tıxacın, avtomobillərin hərəkətini məhdudlaşdırmanın qarşısını almaq üçün Bakının dayanma, durma və parklama qadağası olan yerlərdə avtomobil saxlayanlara qarşı ciddi reydlər başlanıb:

“10 gündür bu reydlər, özəlliklə, gücləndirilib. Bu 10 gündə 3 min 800 sürücü məsuliyyətə cəlb olunub. 136 sürücü 4 dəfə, 85 sürücü 2 dəfə eyni xətanı təkrarən ediblər. Paytaxtın mərkəzi küçələrində süni tıxacları, sıxlığı aradan qaldırmaq üçün bu reydlər müntəzəm keçiriləcək. Çalışacayıq 2015 I Avropa Olimpiya oyunlarınacan sürücülər qadağan olunmuş yerlərdə avtomobil saxlamasınlar”.

Bakıda ümumilikdə 7 avtomobil dayanacağı var. Bu dayanacaqlarda 1 saatlıq avtopark 1 manat, yerləşmə yerinə görə, günlük parkinq 5-10 manat, aylıq abunə haqqı ortalama 200 manatdır.

Qadağan olunmuş yerlərdə avtomobil saxlayanlara qarşı cərimə 40 manatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm