Səhiyyə Nazirliyindən hepatit açıqlaması
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyindən hepatit açıqlaması

Epidemioloji xəstəliklərin daşıyıcılarının daha çox hansı bölgələrdə yaşaması ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verib.

Epidemioloji xəstəliklərin daşıyıcılarının daha çox hansı bölgələrdə yaşaması ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva bildirib ki, son illər infeksiya daşıyıcılığı əsasən B və C virus hepatitləri üzrə qeydə alınır.

Onların aşkarlanması xüsusi müayinə üsulları ilə həyata keçirilir. Afaq Əliyeva son zamanlar belə xəstəliklərin artma səbəblərinə də aydınlıq gətirib.

Son zamanlar insanlar arasında daşıyıcılıq hallarının artması laborator şəbəkələrinin genişləndirilməsi və diaqnostika üsullarının keyfiyyətinin təkmilləşdirilməsi ilə izah olunur. Daşıyıcılıq halları əsasən Bakı şəhərində daha çox aşkar edilib.

Viruslu hepatitlərlə xəstələnmə 25-50 yaşlarda daha çox təsadüf olunur. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm