Avropadan sığınacaq almaq istəyən azərbaycanlılarla bağlı - STATİSTİKA
Bizi izləyin

Qırmızı.az

Avropadan sığınacaq almaq istəyən azərbaycanlılarla bağlı - STATİSTİKA

Avropadan sığınacaq almaq istəyən azərbaycanlılarla bağlı - STATİSTİKA

Ötən il Azərbaycandan Avropa İttifaqı (Aİ) ölkələrinə sığınacaq üçün müraciət edənlərin sayı 2360 nəfər təşkil edib. Trend-in məlumatına görə, bu barədə BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının İdarəsinin yeni hesabatında deyilir.

Bu rəqəm 2012-cü il ilə müqayisədə 16.3 % artıb. Belə ki, 2012-ci ildə Azərbaycandan Avropa İttifaqı ölkələrində sığınacaq üçün müraciət edənlərin sayı 2030 nəfər təşkil edib.Ümumilikdə, 2013-cü ildə Aİ-nın 28 ölkəsinə 398 200 sığınacaq üçün müraciət daxil olub. Bu rəqəm 2012-ci il ilə müqayisədə 32 faiz artıb. Belə ki, bu göstərici 2012-ci ildə 301 000 nəfər təşkil edib.

Ümumilikdə, 2013-cü ildə Avropanın 38 ölkəsinə sığınacaq üçün müxtəlif ölkələrdən 484 600 müraciət olunub. Bu rəqəm 2012-cü il ilə müqayisədə 32 faiz artıb. Belə ki, 2012-ci ildə bu rəqəm 368 400 nəfər təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm