Qırmızı.az
Sumqayıtda zəncirvari yol qəzası baş verib
Sumqayıt şəhərinin Vaqif Axundov küçəsində zəncirvari
qəza baş verib.
Hadisə zamanı 7 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin
avtobusu idarəetməni itirərək ilk öncə yolun kənarında hərəkətsiz
dayanan "Kamaz" markalı yük avtomobilinə, o da öz növbəsində
qarşıda hərəkətsiz halda dayanmış “VAZ 21 015” markalı minik
avtomobilinə çırpılıb. Avtoqəza nəticəsində avtobusda olan sürücü
və sərnişinlər xəsarət alıb.
Hadisə şahidlərinin sözlərinə görə sərnişin avtobusu yüksək sürətlə
hərəkət etdiyindən idarəetməni itirib.
Sumqayıt şəhər xəstəxanasının travmatologiya şöbəsindən bildirdilər
ki, qəza zamanı 3-ü uşaq olmaqla 6 nəfər xəsarət alaraq xəstəxanaya
qəbul edilib. Xəsarət alanlara ilkin tibbi yardım göstəriləndən
sonra evə buraxılıb. Qəzanın dəqiq səbəbləri Sumqayıt şəhər Yol
Polisi İdarəsinin araşdırmasından sonra məlum olacaq. /Ans tv/
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO