Bakıda narkotik alverçisi saxlanılıb - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda narkotik alverçisi saxlanılıb - FOTO

Xətai Rayon Polis İdarəsinin əməkdaşları külli miqdarda heroini qanunsuz dövriyyədən çıxarıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, İdarənin Narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, 31 yaşlı Rufiz Rüstəmov şübhəli şəxs qismində saxlanılıb. R.Rüstəmov saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd etsə də, əməliyyatçılar onu yaxalayıblar. Saxlanılan şəxsin üstündən bir neçə bağlamada, xüsusi olaraq qablaşdırılmış, ümumi çəkisi 2 kiloqram 505 qram olan heroin aşkarlanaraq götürülüb.

Əvvəllər də silsilə oğurluq və digər cinayətlər törətdiyi üçün 5 dəfə məhkum edilmiş R.Rüstəmov ifadəsində bildirib ki, azadlığa çıxdıqdan sonra xeyli müddət narkotik maddələrin satışı ilə məşğul olub.

Sonuncu dəfə isə Masallı rayonundan əldə etdiyi külli miqdarda heroini satmaq məqsədilə Bakı şəhərinə gətirib. R.Rüstəmov heroini əvvəlcədən tapdığı müştəriyə satmaq üçün metronun "Xətai" stansiyasının yaxınlığına gəlib. Lakin polis əməkdaşları onu ələ keçirdiyindən istəyinə nail ola bilməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır. Saxlanılan şəxsin ehtimal olunan digər cinayət əməllərində olub-olmadığı istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm