Abbas Güclü Bakıda - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Abbas Güclü Bakıda - FOTOLAR

Türkiyənin məhşur "Abbas Güclü ilə Gənc Baxış" proqramını aparıcısı, tanınmış jurnalisti Abbas Güclü Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini və "Güllələnmiş abidələr"i ziyarət edib.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayevanın dəvətilə ölkəmizə səfər edən “Kanal-D”nin populyar “Gənc baxış” proqramının aparıcısı Abbas Güclü, ailəsi, bir qrup ziyalı dostları ilə birlikdə bütün Novruz Bayramını Azərbaycanda keçiriblər və ölkəmizlə yaxından tanış olublar. Onlar millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər. Qonaqlar öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin “bir millət - iki dövlət” kəlamını xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edib və ruhuna dualar oxunub. Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Millət vəkili qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Qonaqlar Şəhidlər Xiyabanında həmçinin şəhid jurnalistlər Milli Qəhrəmanlar, telejurnalist Çingiz Mustafayevin, Salatın Əsgərovanın və Alı Mustafayevin də məzarlarını ziyarət ediblər. Qonaqlar onlarla bağlı ətraflı bilgi verilib. Daha sonra qonaqlar Bakı Türk Şəhidliyini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib.

Türkiyəli qonaqlara eyni zamanda millət vəkili Qənirə Paşayeva XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib. Azərbaycanda tanışlıq səfəri çərçivəsində “Kanal-D”nin populyar “Gənc baxış” proqramının aparıcısı Abbas Güclü və ailəsi, bir qrup ziyalı dostları ilə bərabər Dövlət İncəsənət Muzeyinin həyətində qoyulmuş “Güllələnmiş heykəlləri” də ziyarət ediblər. Millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə gerçəkləşən ziyarətlər əsnasında Azərbaycana gələn qardaş ölkənin nümayəndələrinə Xocalı soyqırımı, Qarabağda yaşananlar, Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı törətdiyi vandalizm aktları barədə geniş məlumat verilib. Türkiyəli qonaqlar həmçinin İncəsənət muzeyini, Bayraq meydanını ziyarət ediblər və dünyanın ən böyük bayrağı ilə tanış olublar və Bayraq muzeyini ziyarət ediblər. Qonaqlar Azərbaycanın inkişafından çox sevindiklərini deyiblər və Bayraq muzeyində tarixdən bu yana bütün dövlət bayraqlarımızla yaxından tanış olub və məlumatlar alıblar. Azərbaycan tarixi, keçdiyimiz yolla bağlı qonaqlara geniş məlimatlar verilib.

Onlar eyni zamanda Eurovizion musiqi yarışmasının keçirildiyi və dünyanın ən böyük konsert zallarından biri olan Kristal Hall sarayını da ziyarət ediblər. Sonra qonaqlar millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanışlıq səfərinə İçərişəhərdən başlayıblar. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Paytaxtla tanışlıq şəhərin böyük muzeylərini ziyarətlə davam edib. Millət vəkili Qənirə Paşayeva və Türkiyəli qonaqlar Novruz bayramı münasibəti ilə qədim İçərişəhərdə Türk fotoqraflarının sərgisində iştirak ediblər və belə gözəl bir bayramda qardaş Türkiyəni özündə əks etdirən fotolardan ibarət sərginin açılmasının önəmini vurğulayıblar. Millət vəkili Qənirə Paşayeva Novruz bayramını Azərbaycanda keçirmək üçün ölkəmizə gələn dostları Türkiyənin tanınmış jurnalisti Abbas Güclü və ailəsini qədim İçəri işəhər, tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz, Novruz bayramı adətləri ilə yaxından tanış edib.

Qonaqlar Novruzu Azərbaycanda keçirməkdən və Azərbaycandakı qardaş-bacıları ilə birlikdə bu gözəl bayramda birlikdə olmaqdan məmunluğunu bildiriblər və Azərbaycanda yüksək səviyyədə qeyd olunan Novruz bayramında insanlarımızı təbrik ediblər. Gerçək bir Novruz bayramı yaşadıq deyən qonaqlar qədim İçərişəhərdə gözəl bir bayram günü keçiriblər. Novruz bayramı münasibəti ilə qədim İçərişəhərdə Yunus Əmrə Mərkəzinin və Türkiyə Böyükelçiliyi Kültür və Tanıtım Müşavirliyinin çadırında gözəl bir bayram günü yaşayıblar və qədim İçərişəhərdə qurulmuş qardaş Türk dövlətlərinin bayram çadırlarını da ziyarət ediblər, onları təbrik ediblər və birlikdə çörək kəsiblər. Novruz bayramının bütün Türk dünyası və insanlıq üçün huzur, mutluluq və uğurlar gətirməsini diləyiblər. Qonaqlar Bakıya heyran olduqlarını, Azərbaycanın inkişafına çox sevindiklərini və burada özlərini öz vətənlərindəki kimi hiss etdiklərini deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm