Samir Şərifov hərbi limanda - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Samir Şərifov hərbi limanda - ÖZƏL

Samir Şərifov hərbi limanda - ÖZƏL

Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov və “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Ələtdə tikilən yeni Bakı beynəlxalq dəniz ticarət və hərbi limanına gəliblər.

Publika.Az-ın əldə etdiyi məlumata görə, S.Şərifov və E.Pirverdiyev bu dəqiqələrdə də limanın tikinti işlərinin gedişatı ilə maraqlanırlar.

Qeyd edək ki, yaxın vaxtlarda isə prezident İlham Əliyev limanda görülən işlərlə tanış olmaq üçün əraziyə gələcək.

Xatırladaq ki, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimi 2010-cu ilin noyabrında baş tutub. Liman kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm