Qırmızı.az
4 Balkan ölkəsində 31 mart soyqırımı anılıb
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycanın Serbiyadakı səfirliyində anma mərasimi keçirilib.
Səfirlikdən Publika.az-a verilən məlumata görə, tədbirdə
səfirliyin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət
Palatasının və Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri,
burada təhsil alan azərbaycanlı tələbələr, Serbiya ictimaiyyəti,
KİV və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak
ediblər.
Tədbirdə xalqımıza qarşı törədilmiş soyqırımın tarixindən bəhs
edilmiş, tədbir iştirakçılarına 1905-1907-ci illərdə Bakı, Şuşa,
Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax
bölgələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş
vəhşiliklər, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba,
Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi
amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən
didərgin salınması barədə məlumat verilmiş, eyni zamanda həmin vaxt
qardaş Türk ordusunun xilaskar rolu da qeyd edilib.
Erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı
yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam
etdiyi qeyd edilərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş
və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın
ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı,
Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların
ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət
abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik
təmizləmə və soyqırımın mahiyyət etibarilə Ermənistanın
separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğu
bildirilib. .
Tədbir iştirakçıları 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı
Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanın
böyük tarixi əhəmiyyətini vurğulamış, onun xalqımızın milli
şüurunda və özünü dərk etməsində mühüm rol oynadığını qeyd
edib.
Tədbir zamanı Azərbaycan ombudsmanının 31mart - Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar bəyanatı oxunub.
Tədbirdə Azərbaycanın dilbər guşələrindən olan, mühüm strateji
əhəmiyyətə malik Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri
tərəfindən işğalının 21-ci ildönümü də xatırlanaraq, Dağlıq Qarabağ
münaqişəsi başlanandan sonra uzun müddət düşmənə qarşı şücaətlə
döyüşən mərd oğulların göstərdikləri qəhrəmanlıqlara baxmayaraq, 2
aprel 1993-cü ildə Kəlbəcərin işğal olunduğu, nəticədə 511 nəfərin
həlak olduğu, 321 nəfərin itkin düşdüyü və ya girov götürüldüyü,
işğal nəticəsində rayon mərkəzinin, 150-yə yaxın kəndin, həmçinin
onlarla tarix-mədəniyyət abidəsinin, bir muzeyin və sanatoriyaların
xarabazara çevrildiyi qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir
ki, hazırda rayon sakinlərinin 11 min nəfəri Gəncədə, qalanları isə
respublikamızın müxtəlif bölgələrində məskunlaşmışdır və bütün
qaçqın və məcburi köçkünlərə olduğu kimi bu gün onlara dövlət
tərəfindən müxtəlif imtiyazlar, güzəştlər və sosial yardımlar
tətbiq olunur. Kəlbəcərli məcburi köçkünlərin sosial məsələlərinin
həllində də uğurlu addımlar atılır. Hər il onlarla bina tikilərək
onların mənzil problemi müvəqqəti yaşayış üçün həll
edilməkdədir.
Buna baxmayaraq, tədbir iştirakçıları Azərbaycan dövlətinin
apardığı qətiyyətli daxili və xarici siyasətin, qüdrətli, milli
ruhlu peşəkar ordumuzun gücü və davamlı iqtisadi inkişaf
nəticəsində tezliklə Kəlbəcər sakinləri də daxil olmaqla əzəli və
əbədi torpağımız - Dağlıq Qarabağımızdan olan bütün məcburi
köçkünlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına
inamdıqlarını ifadə etmişlər.
Soyqırım qurbanlarının və Kəlbəcərdə həlak olanların xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Analoji tədbir və anma mərasimləri Azərbaycanın Bosniya və
Herseqovinada və Monteneqrodakı diplomatik nümayəndəlikləri
tərəfindən də keçirilib.
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən
hazırlanmış press-reliz, eləcə də ombudsmanın bəyanatı Serbiyanın,
Bosniya və Herseqovinanın və Monteneqronun dövlət və hökumət
orqanlarına, parlament üzvlərinə, qeyri-hökumət təşkilatlarına, bu
ölkələrdə fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların
nümayəndəliklərinə göndərilib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu