Tələbələr uşaq sığınacağında - Foto
Bizi izləyin

Qırmızı.az

Tələbələr uşaq sığınacağında - Foto

Tələbələr uşaq sığınacağında - Foto

Aprelin 1-də Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin tələbələri Azərbaycan Uşaq Birliyi və birliyin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Renteqrasiya mərkəzində olub. Publika.Az-ın məlumatına görə, Xədicə Abasovanın rəhbərlik etdiyi I kurs tələbələri mərkəzdə qalan uşaqların vəziyyəti ilə maraqlanıb və onlara hədiyyələr veriblər.

Birliyin rəhbəri Kəmalə Ağazadə tələbələrə buranın şəraiti, uşaqların təhsili, psixologiyası haqqında ətraflı məlumat verib. Tələbələr Uşaq Sığınacağı Renteqrasiya mərkəzinin sakinləri ilə maraqlı vaxt keçiriblər.

Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyi və birliyin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Renteqrasiya mərkəzində 18 yaşa qədər 25 uşaq və yeniyetmə yaşayır. Onlardan on biri 1-8 yaş arasında olan uşaqlardır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm