“Akademiya şəhərciyi”ndə 2 yeni futbol meydançası istifadəyə veriləcək
Bizi izləyin

Qırmızı.az

“Akademiya şəhərciyi”ndə 2 yeni futbol meydançası istifadəyə veriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Akademiya şəhərciyi”ndə 2 yeni futbol meydançası yaxın günlərdə istifadəyə veriləcək.

Bu barədə Publika.Az-a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

Hər biri təxminən 1000 kvadratmetr sahəni əhatə edən meydançalar texniki göstəriciləri və müasir xarici görünüşləri ilə fərqlənirlər. Burada standartlara cavab verən süni ot örtüyü döşənib. Meydançaların üstünün örtülməsi üçün xüsusi metal konstruksiyadan istifadə olunub, üzərinə müxtəlif ölçüdə yanğına və digər təsirlərə davamlı örtük çəkiləcək. Stadionların ətrafında abadlıq işləri, o cümlədən dekorativ ağac və kol bitkilərinin əkilməsi tamamlanmaq üzrədir. Stadionlara aid ərazidə lazımi şəraitlə təmin olunmuş geyinib-soyunma və yuyunma otaqları, həmçinin 40 nəfərlik kafedən ibarət xidməti bina da fəaliyyət göstərəcək.


Tikintisi 5 aya aparılmış kompleks AMEA əməkdaşları üçün həftəiçi hər gün ödənişsiz fəaliyyət göstərəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm