Sınaq imtahanlarının nəticələri yaxın günlərdə elan olunacaq
Bizi izləyin

Qırmızı.az

Sınaq imtahanlarının nəticələri yaxın günlərdə elan olunacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 8-də Respublikanın 37 şəhər və rayonunda sonuncu sınaq imtahanları keçirib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 50258 abituriyent qeydiyyatdan keçib.

İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilib. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahan binasına buraxılmayıblar.

Mayın 9-dan etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının emalına başlanılıb və nəticələr yaxın günlərdə elan olunacaq.

İmtahan nəticələrini Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə boş SMS göndərməklə öyrənmək olar.

Sınaq imtahanlarına müəyyən olunmuş vaxtda qeydiyyatdan keçib iştirak edə bilməyən abituriyentlərin nəzərinə çatdırırıq ki, TQDK-nın internet saytında (https://eservices.tqdk.gov. az/sinaq/online_ex.aspx ) online qaydada sınaq imtahanı xidmətindən istifadə edə bilərlər.

Sonuncu sınaq imtahanın sual kitabçaları (Azərbaycan və rus bölmələri) və bəzi test tapşırıqlarının izahı TQDK-nın (http://tqdk.gov.az/exam/ pretest/) saytında yerləşdiriləcək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm