Qırmızı.az
Sürücülərin nəzərinə: Bu yol ödənişli olacaq
Yeni tikilən Ələt-Astara magistral yolunun gələcəkdə
ödənişli olacağı gözlənilir.
Hazırda yollarda torpaq bərkitmə işləri aparılır. Torpaq
yatağının eni 26,5 metr, ayrıcı zolağı 4 metr olan yol 4 hərəkət
zolağından ibarət olacaq. Bu yolun özəlliyi ondan ibarətdir ki,
Salyanın girişindən tutmuş Astara-İran sərhəddinə qədər heç bir
yaşayış məntəqəsini görmədən birbaşa maneəsiz olacaq. Yeni yolun
tikintisi başa çatdıqdan sonra əvvəlki yoldan fərqli olaraq məsafə
təxminən 40 kilometr qısalacaq. Alternativ yol olduğundan yeni
magistral yolun gələcəkdə ödənişli olacağı gözlənilir.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nəzarəti altında
yeni tikilən dövlət əhəmiyyətli yolda son vaxtlar işlər daha da
sürətlənib.
Yeni magistral yolda nəzərdə tutulan onlarla yeraltı keçidlərin,
tunellərin, sukeçidərinin, dairəvi boruların tikintisi də başa
çatıb. Körpülərin inşası isə davam etdirilir.
Salyan rayonunun Çuxanlı kəndi ərazisində Kürçayı üzərində 5 il bundan əvvəl inşa edilən və Qafqazda analoqu olmayan körpudə işlər yekunlaşıb. İki gediş, iki gəliş üçün nəzərdə tutulan 5 aşırımlı körpünün ümumi uzunluğu 363 metr, 150 metr asma hissəsi dayaqsız olmaqla kanatlar vasitəsi ilə gərginləşdirilib. (Report.az)
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO