Diabet xəstələri belə aldadılır – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Diabet xəstələri belə aldadılır – FOTOLAR

Paytaxtda, habelə respublikamızın digər şəhər və rayonlarında diabet xəstələri üçün nəzərdə tutulmuş xəstəxana bölmələrində “Saxar sladkaya”, “Sladkaya saxar”, Novaya saxar” mal nişanları ilə satışa çıxarılmış məhsulların şəkərli diabet xəstəliyinin müalicəsinə heç bir faydası yoxdur.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Publika.az-a bildirib ki, AİB bununla bağlı araşdırma aparıb. Təşkilatın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən daxil olan məktubda bir sıra maraqlı məqamlar qeyd edilib.

“Bəzi apteklərin diabet xəstələri üçün nəzərdə tutulmuş bölmələrində “Saxar sladkaya”, “Sladkaya saxar”, Novaya saxar” mal nişanları ilə satışa çıxarılmış məhsulların şəkərli diabet xəstələri tərəfindən qida kimi istifadə edilmiş dərmanlarla bağlı nazirliyin Respublika Endekrinoloji Mərkəzinə göndərdiyimiz sorğuya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov tərəfindən cavab verilib. Səhiyyə Nazirliyindən bizə daxil olmuş məktubda bildirilir ki, respublikamızın ayrı-ayrı şəhər və rayonlıarındakı apteklərdə “Sladkiy saxar”, “Novıy saxar”, “Saxar sladkaya” brendləri altında satılan dərmanların şəkər xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə heç bir aidiyyəti yoxdur”, - deyə Eyyub Hüseynov bildirib.

O, deyib ki, ümumiyyətlə, bu dərmanların şəkər xəstəliyi ilə bağlı hər hansı bağlılığı yoxdur: “Əksinə, zərəri var. Həmçinin bəzi telekanallarda nümayiş etdirilən, tərkibi və tətbiqi öyrənilməyən “Sinir otu” - bağayarpağı dərmanı adı altında reklam olunan diabetik dərmanın şəkər xəstəliyini sağaltmaq effekti yoxdur. İstehlakçılar bu reklamla aldadılır. Sizin xəbər portalınız vasitəsilə bir sıra kütləvi informasiya vasitələrinə müraciət edərək bildirirəm ki, bu cür dərmanları reklam etməzdən öncə onlarla bağlı araşdırma aparsınlar”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm