Qazaxda yük maşını qaz borusuna çırpılıb - YANĞIN
Bizi izləyin

Qırmızı.az

Qazaxda yük maşını qaz borusuna çırpılıb - YANĞIN

Qazax rayonu ərazisində ötən gün axşam saatlarında yanğın hadisəsi baş verib.

Qazax rayonu ərazisində ötən gün axşam saatlarında yanğın hadisəsi baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə Canalı kəndində (rayon mərkəzindən 5 km aralı) baş verib. Belə ki, vətəndaşa məxsus "QAZ" markalı yük avtomobili yolun kənarında diametri 100 mm olan qaz borusuna çırpılması nəticəsində yanğın baş verib. Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi və banına yığılmış 2 ton ot bağlamasının 0,5 tonu yanıb. Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm