• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Coğrafiya İnstitutundan SOS: “Bu addım atılmazsa, daşqın qaçılmaz olacaq”

Coğrafiya İnstitutundan SOS: “Bu addım atılmazsa, daşqın qaçılmaz olacaq”

"Mingəçevir su anbarında müəyyən problemlər var. Orada torpaq dambalarında su sızmaları müşahidə olunur”.

Bu barədə Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalislərə açıqlama verib. Nazir bildirib ki, anbarda çox miqdarda suyun artması baş versə, müəyyən problemlər yarana bilər.

Düzdür, nazir açıqlamasında bu məsələ ilə bağlı aidiyyəti qurumların xəbərdar olduğunu və tədbir gördüklərini dedi. Lakin buna baxmayaraq onun açıqlaması cəmiyyətdə narahatlıqlar yaratdı. Ekspertlər də hesab edirlər ki, Mingəçevirdə baş verə biləcək daşqın təkcə ətraf ərazilər deyil, bütün ölkə üçün təhlükəlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Hidrogeologiya şöbəsinin müdiri Rəna Qaşqay bir müddət əvvəl Publika.az-a açıqlamasında məsələnin aktuallığını gündəmə gətirmişdi.

Nazirin son açıqlamasına gəldikdə, R.Qaşqay bildirdi ki, əgər iqlimşünaslar suyun çox artacağını proqnoz edirlərsə,o zaman su anbarları su ehtiyatları üzərində vahid idarəetmə sistemi yaradılmalıdır.

“Həmin sistem olmazsa, vaxtında su anbarlarının suyu tənzimlənməzsə, Kürün aşağı hissəsində, yəni Yevlaxdan aşağıda daşqın ola bilər. Düzdür, bu il üçün daşqın vaxtı bitib. Lakin vahid idarəetmə sistemi yaranmalıdır. Sululuq çox olan illərdə su anbarları müəyyən səviyyəyə qədər boşalmasa, Şəmkir, Yenikənd su anbarlarında həmin daşqınlar təkrarlana bilər. Ona görə də, su anbarları boşaldılmalıdır ki, Kürdən gələn suyu özündə saxlaya bilsinlər. Mingəçevir su anbarında su 73 metr səviyyəsinə qədər boşaldılaraq Şəmkir su anbarından oraya su buraxılmalıdır. Bu addım atılmasa, Kür qırağında yerləşən torpaqları su basması qaçılmaz olacaq”.

R.Qaşqay bildirdi ki, Mingəçevir daşarsa, hansı problemlərin yaşana biləcəyini təxmini müəyyən etmək üçün 2010-cu il daşqınlarını xatırlamaq lazımdır. Nazirlər Kabineti bu məsələ ilə bağlı addımların atılması üçün müvafiq tapşırıqlar verilməlidir.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>