Sabah rayonlarda leysan və dolu yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabah rayonlarda leysan və dolu yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, gecə və səhər yarmadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 12-15, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında mayın 20də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 19-24, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm