Təmas xəttində tibb məntəqəsi açıldı
Bizi izləyin

Qırmızı.az

Təmas xəttində tibb məntəqəsi açıldı

Bu gün Ağdam rayonu Təzəkənd kəndində yeni tibb mətəqəsi istifadəyə verilib

Təmas xəttinə yaxın yaşayış məntəqələrində əhaliyə tibbi xidmətin yüksək səviyyədə göstərilməsi yolunda daha bir addım atılıb.

Bu gün Ağdam rayonu Təzəkənd kəndində yeni tibb mətəqəsi istifadəyə verilib.

Ağdam rayonu təmas xəttinə yaxın olan Təzəkənd kəndində yeni inşa edilən həkim ambulatoriyasının açılışı olub. Tibb məntəqəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bərdə rayonunda yerləşən ofisinin maliyyə dəstəyi ilə inşa edilib. Açılış mərasimində Ağdam rayon icra hakimiyyətinin başçısı, rayon mərkəzi xəstəxanasının işçiləri, kənd sakinləri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bərdə rayon nümayəndəliyinin rəhbərliyi iştirak edib.

Təzəkənd kəndində indiyə kimi tibb məntəqəsi köhnə və şəraitsiz bir tikilidə olub. Kənd sakinləri tibbi yardım almaq üçün qonşu kəndlərə və yaxınlıqdakı qəsəbə xəstəxanasına getməli olurdular. Yeni açılan tibb məntəqəsində isə xəstələrə müəyyən tibbi xidmətlər göstəriləcək. Bunun üçün burada normal şərait yaradılıb. Məntəqə lazımı ibbi peraparatlarla təmin edilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm