Qırmızı.az
Azərbaycanda elektron resept sistemi tətbiq ediləcək
“Gələn ildən ölkədə sığorta təbabətinin tətbiqinə başlanılacaq. Sığorta təbabəti tətbiq olunandan sonra qarşıda duran əsas məsələlərdən biri reseptlərin elektron qaydada yazılmasıdır”.
APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər
Ağayev elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş
konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tibb müəssisələrinin komputerlərlə,
informasiya texnologiyaları avadanlıqları ilə tam təchizatı
istənilən səviyyədə deyil.
Nazir müavini bildirib ki, 2007-ci ildən tətbiq edilən vətəndaşların elektron sağlamlıq kartı sistemindən bu gün 600-dən artıq tibb müəssisəsi istifadə edir: “Bu da 2 milyon Azərbaycan vətəndaşını əhatə edir ki, bunun da 1 milyonu uşaq əhalisidir. Bu illər ərzində yeni doğulan uşaqların hamısı elektron sağlamlıq kartı ilə təmin olunur. Onların xəstəlikləri, müalicəsi ilə əlaqədar bütün məlumatlar sağlamlıq kartında öz əksini tapır. Digər tərəfdən stasionar şəraitdə müalicə alan bütün xəstələrin xəstəlik vərəqələrində olan bütün məlumatlar elektron bazaya yönəldilir”.
E. Ağayev qeyd edib ki, doğumla, sürücülük vəsiqəsi ilə bağlı arayışlar və şəhadətnamələr onlayn qaydada aidiyyəti qurumlara göndərilir.
Nazir müavini onu da qeyd edib ki, təxminən 20 dövlət xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları, özəl klinikalar vahid informasiya mərkəzi sisteminə qoşulub: “Təcili tibbi yardım xidməti da vahid informasiya mərkəzinə qoşulub. Tibbi briqadaların xəstələrə yaxınlaşma müddəti çox qısalıb. Artıq tibbi briqadalar xəstələrə 10-15 dəqiqə müddətində yaxınlaşa bilirlər”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR