Qırmızı.az
Mətbuat Şurası Ukrayna hakimiyyətinə müraciət edəcək
Azərbaycan Mətbuat Şurası Ukraynanın "Mirotvorets" Tədqiqatlar Mərkəzinin öz saytında davamlı olaraq yerli və xarici jurnalistləri "Donetsk Xalq Respublikası" (DXR) və "Luqansk Xalıq Respublikası" (LXR) adlanan quruluşlarla əməkdaşlıqda günahlandıraraq, onları terrorizmə dəstəkdə ittiham etməsi və fərdi məlumatlarını açıqlaması ilə bağlı bəyanat yayıb.
Publika.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, bu günə kimi dünyanın aparıcı KİV-lərinin nümayəndələri də daxil olmaqla 5 minə yaxın jurnalist barədə informasiya açıqlanıb: "Mirotvorets" hesab edir ki, həmin jurnalistlər "DXR" və "LXR" ərazisinə səfər etməklə, həmin quruluşlarda akkreditasiyadan keçməklə Ukraynanın ərazi bütövlüyünü təhdid edir, separatizmin və terrorçuluğun genişlənməsinə xidmət göstərirlər. Bir müddət öncə mərkəz tərəfindən açıqlanmış yeni siyahıda müxtəlif ölkələrdən olan 293 nəfər jurnalistin, o cümlədən Azərbaycan KİV-lərini təmsil edən 11 nəfərin adı və fərdi məlumatları əks etdirilib".
Mətbuat Şurası məsələ ilə bağlı xüsusi araşdırma aparıb və müəyyən edib ki, adları həmin siyahıda əks olunmuş Azərbaycan jurnalistlərinin heç biri sözügedən ərazilərdə olmayıb və akkreditasiya üçün bu quruluşlara müraciət etməyib. Onların fəaliyyətində Ukraynanın ərazi bötüvlüyünə xələl gətirəcək, qeyri-qanuni əməl kimi səciyyələndirilə biləcək fakt aşkar olunmayıb. O da müəyyən edilib ki, həmin jurnalistləri terrorçuluğa, separatçılığa dəstək verməkdə ittiham edən "Mirotvorets" təşkilatı buna əsas kimi KİV nümayəndələrinin Rusiya XİN-də akkreditasiyadan keçməsi və bu ölkə ərazisində fəaliyyət göstərməsi amilini rəhbər tutub.
Mətbuat Şurası bəyan edir ki, "Mirotvorets" təşkilatının çoxlu sayda jurnalistin həyat və təhlükəsizliyini təhdid edən bu tipli fəaliyyəti beynəlxalq qanunvericiliyin tələblərinə, etik qaydalara və humanizm prinsipinə tamamilə ziddir. Jurnalistin qanunlar çərçivəsində fəaliyyətini məhdudlaşdırmaq cəhdi yolverilməszdir və heç bir sağlam məntiqlə izah oluna bilməz.
Mətbuat Şurası jurnalistlərin həyatını təhlükə altına alan bu tipli fəaliyyətə son qoyulması tələbi ilə Ukrayna hakimiyyətinə və bu ölkənin Azərbaycandakı səfirliyinə müraciət edəcək.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı