• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən fotosərgidən reportaj (Video)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən  fotosərgidən reportaj  (Video)

Rusiyanın "Rossiya 1" dövlət telekanalı Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Rusiyadakı səfirliyinin, Yəhudi Tolerantlıq Muzeyi və Mərkəzinin təşkilatçılığı ilə keçirilən dünya şöhrətli fotoqraf Rza Deqatinin "Azərbaycan. Tolerantlıq məkanı" fotosərgisinə aid videomaterial yayımlayıb.

Aprelin 3-də Moskvada Yəhudi Tolerantlıq Muzeyi və Mərkəzində öz işinə başlayan sərgi Azərbaycanda dini tolerantlığa həsr olunub.

Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın siyasət və mədəniyyət xadimləri iştirak ediblər.

Trend-in məlumatına görə, Rusiya telekanalının reportajında qeyd edildiyi kimi, dünyanın onlarla qaynar nöqtəsində olmuş Rza Deqati özü üçün adət edilməmiş mövzu təqdim edir. Sərginin ziyarətçiləri sülh və tolerantlıq ərazisini görəcəklər. Mərkəzdə qoyulmuş şəkillərin kolleksiyası Azərbaycandakı xalqların müasir həyatından bəhs edir. Bununla yanaşı kolleksiyanın bir hissəsi İslama həsr edilib.

"Rossiya 1" telekanalı qeyd edir ki, Deqatinin şəkillərində Azərbaycanın 1987-ci ildən bəri necə dəyişdiyini izləmək asandır. Bununla yanaşı, fotoqrafın özünün dediyi kimi, Azərbaycan onun üçün Odlar Yurdu və tolerantlıq ölkəsidir.

O hesab edir ki, müasir Azərbaycanda müxtəlif xalqların və konfessiyaların qonşuluğu bir çox ölkələr üçün nadir nümunədir.Rusiya telekanalında bildirilir ki, 30 il bir qaynar nöqtədən digərinə səyahət edən Deqati hərbi fotomüxbir kimi məşhurdur. Müxtəlif nəşrlərin oxucuları Əfqanıstan, İraq və Afrika ölkələrindəki münaqişələri onun gözləri ilə görüblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR