Cəbhədə mina partladı: 3 hərbçimiz şəhid oldu, 4 əsgər yaralandı - Yenilənib
Bizi izləyin

Qırmızı.az

Cəbhədə mina partladı: 3 hərbçimiz şəhid oldu, 4 əsgər yaralandı - Yenilənib

Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mina partlaması nəticəsində yaralanan əsgərlərin adları məlum olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yaralanan əsgərlər Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadədir. Yaralı əsgərlər hospitala yerləşdirilib. Müxtəlif dərəcəli xəsarətlər alan əsgərlərin vəziyyətləri orta-ağırdır.

***

Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisinin dünyasını dəyişməsi faktını təsdiq edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 4 əsgərimiz ağır yaralanıb.



Müdafiə Nazirliyinin mətbuat xidməti Anspress-ə açıqlamasında hadisənin araşdırıldığını deyib. Araşdırmalardan sonra hadisə barədə ətraflı məlumat veriləcək.

***

Ötən gecə 01:00-da Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisi ölüb, 8 əsgər ağır yaralanıb.



Ans press-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə cəbhənin Füzuli istiqamətində Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində baş verib.



Mina partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev şəhid olub. Ərazidəki 8 əsgər isə ağır yaralanıb.



Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Hadisə ilə əlaqədar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm