Sərxoş şəxsin intihara cəhdi Gəncəni ayağa qaldırdı
Bizi izləyin

Qırmızı.az

Sərxoş şəxsin intihara cəhdi Gəncəni ayağa qaldırdı

Gəncədə sərxoş kişi intihar etmək istəyib. Publika.az xəbər verir ki, 50 yaşlı şəhər sakini Ayaz Hüseynov Ruzigar Qasımov küçəsində yüksək gərginlikli elektrik xəttini daşıyan dirəyə dırmaşıb.

Gəncədə sərxoş kişi intihar etmək istəyib. Publika.az xəbər verir ki, 50 yaşlı şəhər sakini Ayaz Hüseynov Ruzigar Qasımov küçəsində yüksək gərginlikli elektrik xəttini daşıyan dirəyə dırmaşıb.

40 metr yüksəklikdən özünü atmaq istəyən şəxsə əvvəlcə əraziyə toplaşanlar mane olmağa çalışıb. Daha sonra isə hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri və DYMİ-nin əməkdaşları cəlb olunub. İntihar etmək istəyən şəxslə psixoloq söhbət etdikdən sonra onu fikrindən daşındırmaq mümkün olub. Eletrik dirəyindən düşməyə razı olan Ayaz Hüseynov evinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm