Ölkə ərazsində bu günə olan hava haqqında məlumat
Bizi izləyin

Qırmızı.az

Ölkə ərazsində bu günə olan hava haqqında məlumat

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Temperatur gecə 2-5°, gündüz 8-12° isti, Bakıda gecə 2-4°, gündüz 9-11° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 762 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.

Temperatur gecə 7-12° şaxta, dağlıq ərazilərdə 16° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Temperatur gecə 3-8° şaxta, gündüz 1-6° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz olacaq.

Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperatur gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz olacaq.

Temperatur gecə 1-5°, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm