Qırmızı.az
Xəzərdə üzən minaya atəş: Azərbaycan hərbi dənizçiləri ikincidir
Rusiyada təşkil edilən beynəlxalq hərbi oyunlar çərçivəsində Xəzər dənizində “Dəniz kuboku-2016” yarışlarının ilk iki mərhələsi arxada qalıb.
Virtualaz.org Rusiyanı Cənub hərbi dairəsinin komandanlığının yaydığı məlumata istinadən xəbər verir ki, yarışların ilk iki mərhələsinin yekunlarına əsasən Rusiyanın Xəzər donanmasının “Uqliç” kiçik raket gəmisi birincidir.
Rusiya gəmisinin ekipajı “Üzən minaya atəş” epizodu üzrə Azərbaycan və Qazaxıstan donanmalarının gəmilərinin heyətini qabaqlayıb. Şərtə görə gəmi poliqona daxil olmalı və sürəti saatda 12.9 dəniz milindən çox artırmayaraq ən azı 50 metr məsafədə üzən minanı ən çoxu 16 patronla məhv etməliydi.
Yarışlar zamanı “Uqliç” kəmisinin baş komandoru, 2-ci dərəcəli starşina Ramis Zaqirov üzən minanı 800 metr məsafədən ikinci atəşdə məhv edib. Bu zaman gəmi saatda 12.9 dəniz mili sürətlə hərəkətdə olub. Yarışların nəticəsinə görə Rusiya komandasının hazırda 132 balı var. İkinci yerdə Azərbaycan, üçüncü yerdə Qazaxıstan komandası gəlir. Onların topladıqları ballar Rusiya komandasının balından cüzi aşağıdır. Yarışlar davam edir.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi