Azərbaycanlı Qırğızstan Xalqı Assambleyası sədrinin müavini seçilib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı Qırğızstan Xalqı Assambleyası sədrinin müavini seçilib

Bişkekdə Qırğızstan Xalqı Assambleyasının Şurasının iclası keçirilib. Şuraya üzv olan Qırğız Respublikasının Prezident Aparatının, Hökumətinin nümayəndələrinin, ictimai xadimlərin iştirakı ilə keçən iclasda üzvlərdən 6 nəfərinin Qırğızstan Xalqı Assambleyasının sədrinin müavini seçilməsi ilə bağlı səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən sədrin 6 müavinindən biri də Qırğızstan Xalqı Assambleyasına daxil olan yeganə Azərbaycanlı legitim diaspor təşkilatı “Azəri” İctimai Birliyinin sədri, Qırğız Respublikasının əməkdar hüquqşünası Əliyev Əzizağa Ağababa oğlu seçilib.

Qeyd edək ki, Qırğız Respublikası çoxmillətli dövlət olduğu üçün Qırğızstan Xalqı Assambleyasına 80-dən çox xalqların nümayəndələri, 28 ictimai birlik daxildir və bu da 6 milyonluq Qırğızstan əhalisinin 27,4% deməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm