• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

DİN vəhhabilərə qarşı kütləvi etirazlarla bağlı açıqlama verdi

DİN vəhhabilərə qarşı kütləvi etirazlarla bağlı açıqlama verdi

Kütləvi informasiya vasitələrində guya Salyanda vəhhabilərə qarşı kütləvi etirazların baş verməsi barədə məlumatlar yayılıb.

DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov Anspress-ə açıqlamasında yayılan xəbərlərin əslində baş verən hadisənin əsl mahiyyətini əks etdirmədiyini bildirib.

“Təəssüfləndirici haldır ki, bununla bağlı məlumat əldə edən KİV nümayəndələri ən azından bu xəbəri əlaqədar orqanlarla və ya şəxslərlə dəqiqləşdirməli olduğu halda, tez-tələsik, bir az da şişirdilmiş formada öz saytlarına yerləşdirib. Odur ki, xəbərdə göstərilən əsassız iddiaları təkzib edərək bildirirəm ki, Səlyanda guya məscidə hücum olması və oranın dağıdılması barədə deyilənlər kökündən yanılışdır və uydurmadır”, - deyə Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, həqiqət isə ondan ibarətdir ki, dünən axşam Salyan rayon sakini Fərid Pənahov Daxili İşlər Nazirliyinin “102-zəng” xidmətinə, atası Mahir Pənahov isə rayon polis şöbəsinə müraciət edərək bir qrup şəxsin onlara məxsus mağazanın adı yazılan lövhəsini daşla sındırmalarını bildiriblər.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə xırda xuliqanlıq hərəkətləri törədərək mağaza sahibinə maddi ziyan vuran 6-7 nəfərdən ibarət bir qurupun üzvlərinin şəxsiyyətləri müəyyən olunub. Onlar rayon Polis Şöbəsinə dəvət edilərək izahatları alınıb.

Hazırda faktla bağlı rayon polis şöbəsində təhqiqat aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR