“Biz unudulmamışıq” – ATV-nin sabiq rəhbəri
Bizi izləyin

Qırmızı.az

“Biz unudulmamışıq” – ATV-nin sabiq rəhbəri

“Biz unudulmamışıq” – ATV-nin sabiq rəhbəri

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, “Azad Azərbaycan” Teleradiosunun (ATV) sabiq vitse-prezidenti Natiq İbrahimov 25 milyona gəmi alması barədə mətbuatda yayılan məlumatları təkzib edib.

N.İbrahimov Publika.Az-a açıqlamasında yayılan xəbərlərin yalan olduğunu bildirib: “Mən indi İtaliyadayam, bayaq bir jurnalist mənə zəng edib soruşdu ki, guya 5 milyona gəmi almışam.

Mən də zarafatca dedim ki, 5 milyon nədir? 25 milyona almışam. O da götürüb xəbər kimi bunu yazıb. Nə gəmi? Yalan söhbətdir. Heç bir gəmi almamışam. Bu cür xəbərlər onu göstərir ki, biz unudulmamışıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm