Bu günə olan hava proqnozu
Bizi izləyin

Qırmızı.az

Bu günə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Temperatur gecə 5-8°, gündüz 14-19° isti, Bakıda gecə 6-8°, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, gündüz, əsasən, havanın yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 4-9°, gündüz 18-23° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, şimşək çaxacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Temperatur gecə 2-7°, gündüz 10-15° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Temperatur gecə 4-9°, gündüz 17-22° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 2-7°, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 6-11°, gündüz 19-24° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Temperaturun gecə 5-8°, gündüz 15-20° isti, dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm