Bakıda qısqanc ər arvadını balıncla boğub öldürdü
Bizi izləyin

Qırmızı.az

Bakıda qısqanc ər arvadını balıncla boğub öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən 30 yaşlı Elmar Səlimovun məhkəməsi başlayıb. İttihama görə, Elmar Səlimov ötən il noyabrın 3-də həyat yoldaşı, 27 yaşlı Leyla Səlimovanı Xətai rayonunda yaşadığı evdə balıncla boğub öldürüb.

Onlar 2005-ci ildə evləniblər. Elmar arvadını qısqanırmış və onların arasında tez-tez mübahisələr baş verirmiş. O, arvadının başqa kişi ilə gəzdiyindən şübhələnib. Sonuncu mübahisədə Elmar arvadını balıncla boğub. O, arvadını boğandan sonra polisə təslim olub.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Elmar Səlimov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Elmar Səlimov mərhum həyat yoldaşını qısqandığına görə öldürdüyünü deyib. Məhkəmə aprelin 17-də davam edəcək. /teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm