Qırmızı.az
QMİ-dən sərt tələb: Nurçuluq qadağan olunsun!
Qafqaz Müsəlmanları İdarəsi nurçuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının Azəbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə iddia qaldırıb.
Bu barədə QMİ-nin mətbuat xidmətindən
bildirilib.
QMİ-nin mətbuat xidmətinin rəhbəri
Rəhimə Dadaşovanın
sözlərinə görə, məzhəb ayrı-seçkiliyinə şərait yaradan xəvariclik,
təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini
cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək həm
dinə, həm də xalqa, dövlətçiliyə xələl gətirən addımlar QMİ
tərəfindən qınanılır.
“Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası
Azərbaycan dindarlarının çoxsaylı müraciətindəki iradəsini nəzərə
alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında
cavabdehlik daşımalarını tələb edir”, - R.Dadaşova bəyan
edib.
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi
dini mərkəz olaraq, hər zaman dünyanın istənilən nöqtəsində baş
verən terror, zorakılıq, ekstremizm, din pərdəsi altında radikalizm
əleyhinə etiraz səsini ucaldır.
Qeyd edək ki, son günlər hüquq-mühafizə orqanları
tərəfindən nurçu cərəyanı üzvlərinə qarşı əməliyyatlar aparır.
Hətta bu dini təriqətin nümayəndələrindən saxlanılanlar da az
deyil. Ölkəmizin qanunları əcnəbi vətəndaşlara dini təbliğat
aparmağı qadağan edir.
1997-ci ildə Azərbaycan prezidentinin sərəncamı
ilə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə dini
təbliğat aparmaq qadağan edilib. Əsas səbəb də qeyri-ənənəvi dini
cərəyanların fəaliyyətinin bir sıra hallarda ciddi fəsadlar
törətməsi idi. Azərbaycanda din dövlətdən ayrı olduğu üçün
dövlət-din münasibətləri 2001-ci ildə yaradılan Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi tərəfindən təmzimlənir. Dini qurumlar siyasi
partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı
ayrılmır. Dövlət orqanlarının tərkibinə seçildikdə və ya vəzifəyə
keçdikdə isə din xadimləri dini fəaliyyəti həmin müddətdə
dayandırmalıdırlar.
Son bir neçə ildə ölkədə qeyri-ənənəvi dinlərin
nüfuzu güclənməyə başlayıb. Təhlükə, eyni zamanda, bəzi xarici
ölkələr tərəfindən maliyyələşən radikal islamçı cərəyanlardan
vəhabilər və nurçulardan gəlir. Qeyd edək ki, vəhabilik və nurçuluq
Azərbaycanda ən çox yayılmış və təşkilatlanmış qeyri-ənənəvi dini
cərəyan hesab olunur. Demək olar, Azərbaycanın bütün bölgələrində
icmaları mövcuddur. Dünyanın bəzi ölkələrində terrorçuluq, dini
ekstermizim yaydığına görə bəzi dini cərəyanlar qadağan olunub.
Amma qeyri-ənənəvi dinlər sırasına aid olan nurçuluq və vəhabilik
qanunla qadağan olunmayıb. /modern.az
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO