"Tələbələri sovqat zəhərləyib" - Aqiyə Naxçıvanlı
Bizi izləyin

Qırmızı.az

"Tələbələri sovqat zəhərləyib" - Aqiyə Naxçıvanlı

"Tələbələri sovqat zəhərləyib" - Aqiyə Naxçıvanlı

"Tələbə qızların vəziyyətinin pisləşməsinə səbəb valdeyinlərinin rayondan göndərdiyi sovqatdır"

Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, institunun Zaqatala filialının 5 tələbəsinin zəhərlənməsinə münasibət bildirərkən deyib.

Rektorun sözlərinə görə, baş verən hadisə universitetdə olmayıb: "Bərdədə olan qızların birinin valdeyini onlara sovqat göndərib. Araşdırmalar zamanı məlum olub ki, hadisə rayondan göndərilən pendirdən olub. Universitet rəhbərliyinin məsələyə qarışması nəticəsində həkimlər vəziyyəti nəzarətə götürüblər. Tələbələrin mədələri yuyulduqdan sonra evə buraxılıblar. Hazırda vəziyyətləri yaxşıdır, heç bir problem yoxdur".

Xatırladaq ki, yanvar ayının 17-i axşam saatlarında Zaqatala şəhərində kirayədə yaşayan, Azərbaycan Müəllimlər İnstitunun Zaqatala filialının 1-ci kursunda təhsil alan 5 tələbəsi-1996-cı il təvəllüdlü Bərdə rayon sakini Dadaşova Sonaxanım Nurlan qızı, 1996-cı il təvəllüdlü Bərdə rayon sakini Əliyeva Failə, 1996-cı il təvəllüdlü Yevlax rayon sakini Baxışova Banuçiçək Sürhəddin qızı, 1995-ci il təvəllüdlü Bərdə rayon sakini Hüseynova Aişə Vüqar qızı və 1995-ci il təvəllüdlü Şəki rayon sakini Rəhimli Rüfanə Rəşid qızı Zaqatala MRX-nın qida toksiki infeksiyasından şübhəli bilinərək yoluxucu xəstəliklər şöbəsinə daxil olublar. Onların vəziyyəti kafi olaraq qiymətləndirilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm