Qırmızı.az
Azərbaycanda meşələrin sərhədləri dəyişəcək
2050-ci ilə qədər Azərbaycanda meşələrin sərhədlərinin dəyişəcəyi gözlənilir.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya
İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi,
coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Trend-ə bildirib
ki, son dövrlərdə Azərbaycanda yağıntıların miqdarı 15-84 mm
azalıb. 2050-ci ilə qədər isə Azərbaycanda temperaturun
yüksələcəyi, yağıntıların miqdarının və havadakı rütubətin
azalacağı gözlənilir. Bu isə nəticədə ölkənin landşaftlarına təsir
göstərərək meşələrin yuxarı və aşağı sərhədlərinin dəyişməsinə
səbəb olacaq.
M.Həsənov deyib ki, hazırda meşələrin aşağı
sərhədi dəniz səviyyəsindən 600-800 metr, yuxarı sərhədi 2000-2200
metr yüksəklikdən keçir. İqlim dəyişmələrinin təsiri nəticəsində
sərhədlərin aşağı sərhədləri 200-300 metr yuxarı qalxa bilər. Bu
isə meşələrimizin sahəsinin azalması ilə nəticələnər: "Son
dörvlərdə Azərbaycanın bütün ərazisində havanın temperaturu 0,2-0,9
dərəcə yüksəlib. Əgər temperaturun yüksəlməsi davam edərsə,
meşələrin sərhədləri bir qədər yuxarı- 200-300 metrə qədər qalxa
bilər. Nəticədə meşələrimizin aşağı sərhədləri 800-1100 metrdən
başlaya bilər".
M.Həsənov bildirib ki, Azərbaycanın meşələrinin 90
faizi dağ, 10 faizi düzənlik meşələridir. Bu dəyişikliyin əsas
təsiri də dağ meşələrinə olacaq.
M.Həsənov hazırda bu məsələ ilə bağlı
tədqiqatların aparıldığını bildirib.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO