Qırmızı.az
Prezident aqrar sahədə islahatlarla bağlı fərman verib
Azərbaycan Prezidenti İlham Əliyev aqrar sahədə
idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların
sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman
imzalayıb.
Fərmanda Prezident kənd təsərrüfatının institusional inkişafını
təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə
uyğunlaşdırmaq, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi
ilə qərara alıb ki, rayonlar üzrə aqrar siyasətin həyata
keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi
tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur
bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədi ilə
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və
şəhər idarələri yaradılsın.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat
və Sənaye Nazirliyi ilə birlikdə aqroparkların yaradılması barədə
təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə
təqdim etməlidir.
Bundan başqa Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq təcrübəyə
əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində
şəffaflığı və hesabatlılığı təmin etmək üçün "elektron kənd
təsərrüfatı" informasiya sisteminin üç il müddətində mərhələlərlə
yaradılmasını təmin etsin və həyata keçirilən tədbirlər barədə ildə
bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən
təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi,
özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi barədə
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə
təqdim etməlidir. Xarici investorları cəlb etməklə respublikada
kənd təsərrüfatı təyinatlı texnikanın istehsalının təşkilinə dair
təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə
təqdim eməlidir. Tabeliyindəki laboratoriyaların fəaliyyətinin
təkmilləşdirilməsi və onların beynəlxalq akkreditasiyadan
keçməsinin təmin edilməsi istiqamətində tədbirlər görməlidir.
Heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının
formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının
identifikasiyası və qeydiyyatı sisteminin üç il müddətində
mərhələlərlə yaradılmasını təmin etsin və həyata keçirilən
tədbirlər barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat
verməlidir.
Qeyri-dövlət fitosanitar xidmətlərinin, o cümlədən bitki mühafizə
vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı
və saxlanılmasının xüsusi razılıq (lisenziya) əsasında həyata
keçirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim eməlidir.
Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat
institutlarının strukturunun təkmilləşdirilməsinə dair təkliflərini
beş ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Aqrar elmin inkişafı konsepsiyasının layihəsini beş ay müddətində
hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin beynəlxalq
lizinq standartlarına uyğunlaşdırılması sahəsində tədbirlər
görməlidir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə aqrar
sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasını
təmin etsin, aqraryönümlü orta ixtisas və peşə təhsili
müəssisələrinin fəaliyyətinin təşkilinə dair təkliflərini üç ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etməlidir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan
Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə
torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış və
şorakətləşmiş, eroziyaya uğramış torpaqların sağlamlaşdırılması
tədbirlərini ölkədə aparılan iqtisadi strategiyaya uyğun olaraq
müvafiq proqramlar əsasında həyata keçirməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə
xarici investorların kənd təsərrüfatına cəlb edilməsi məqsədi ilə
bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə kapitalında
"Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin
iştirakını təmin etməlidir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası altı ay
müddətində kəndli fermer təsərrüfatlarının daha iri kənd
təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi
stimullaşdırılmasını nəzərdə tutan "Kənd təsərrüfatı kooperasiyası
haqqında" qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etməlidir.
İstehlak bazarında qiymət sövdələşməsinin qarşısının alınması
məqsədi ilə antikartel fəaliyyətini tənzimləyən normativ hüquqi
aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində Kənd
Təsərrüfatı Nazirliyinin yeni strukturu və işçilərinin say həddi
barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim
etməlidir.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan
tabeliyindəki qurumların siyahısını təsdiq etməlidir.
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis
filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan,
lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə
biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət
tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etməlidir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında"
Azərbaycan Respublikasının Qanununda baytarlıq xidmətlərini həyata
keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə
bağlı müvafiq dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Kənd
təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsinə və
bu sahədə prosedurların sadələşdirilməsinə dair təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etməlidir.
Kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya
onlardan qanunsuz istifadə edilməsinə görə məsuliyyəti müəyyən edən
qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etməlidir.
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etməlidir. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat verməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat verməlidir.
Bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan "elektron kənd
təsərrüfatı" informasiya sisteminin təşkilini və fəaliyyətini, o
cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyətinin informasiya resursları ilə inteqrasiyasını
təmin etmək məqsədi ilə "elektron kənd təsərrüfatı" informasiya
sistemindən istifadə qaydalarını altı ay müddətində müəyyən
etməlidir.
Bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
verməlidir.
Trend.az
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO