Qırmızı.az
Daxili Qoşunların komandanı Naxçıvanda xüsusi-taktiki təlimi izləyib
Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissəsinin döyüş hazırlığı yüksək səviyyədədir.
Trend-in məlumatına görə, bu fikirləri Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov qoşunların Naxçıvanda yerləşən "N" saylı hərbi hissəsində olarkən söyləyib. Məlumatı Daxili Qoşunların mətbuat xidməti yayıb.
Hərbi hissənin komandiri bölmələrin və xidmətlərin
qarşıya qoyulmuş vəzifələrin icrasına hazırlığı, təlim-tədrisin
vəziyyəti, şəxsi heyətin hərbi intizamı və mənəvi-psixoloji durumu
barədə məruzə edib.
Daxili Qoşunların komandanı hərbi hissədə
xidməti-döyüş fəaliyyətinin təşkili və şəxsi heyətin sosial-məişət
şəraiti ilə yaxından tanış olub, təlim-tədris yerlərinə, əsgər
yataqxanalarına baxış keçirib, tibb məntəqəsində olan şəxsi heyətin
səhhəti ilə də maraqlanıb.
Sonra general-mayor Ş.Məmmədov xüsusi-taktiki
təlimi izləyib. Təlim zamanı yüksək mənəvi və döyüş keyfiyyətlərinə
malik olan hərbi qulluqçuların silah və döyüş texnikasından
məharətlə istifadə etdiklərini nəzərə çatdıran Daxili Qoşunların
komandanı ümumilikdə hərbi hissənin döyüş hazırlığını yüksək
qiymətləndirib.
Ötən illər ərzində hərbi hissənin maddi-texniki
bazasının gücləndirilməsi, o cümlədən şəxsi heyətin sosial-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işləri yüksək
qiymətləndirən Daxili Qoşunların komandanı xüsusi olaraq vurğulayıb
ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçulara
göstərdiyi hərtərəfli diqqət və qayğısının bariz
nümunəsidir.
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır