Qazaxıstanın müdafiə naziri Bakıya gəlir
Bizi izləyin

Qırmızı.az

Qazaxıstanın müdafiə naziri Bakıya gəlir

Qazaxıstanın müdafiə naziri Bakıya gəlir

Aprelin 21-də Qazaxıstan Respublikasının müdafiə naziri Serik Axmetovun Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, səfər proqramı çərçivəsində S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşü nəzərdə tutulub.

Eyni zamanda Serik Axmetov Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.

Səfər aprelin 22-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm