Azərbaycanda iki uşaq atası itkin düşüb - FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda iki uşaq atası itkin düşüb - FOTO

Göyçay sakini, 45 yaşlı Abdullayev Sərdar Xanlar oğlu aprelin 8-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

Göyçay sakini, 45 yaşlı Abdullayev Sərdar Xanlar oğlu aprelin 8-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə rayon polis şöbəsindən məlumat verilib.

Hadisə haqda Göyçay rayon polis şöbəsinə Abdullayev Sərdarın ailə üzvləri bildiriblər. Onun harada olması barədə 10 gündür ki, heç bir məlumat yoxdur. Aprelin 10-da səhər saatlarında Sərdar Abdullayevin yaxınları Göyçayın Cəyirli kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarından onun paltarını tapıblar. İki övlad atası olan Sərdar Abdullayevin meyidi kanalda 5 gün axtarılıb və onun kanala düşərək ölməsi faktı öz təsdiqini tapmayıb.

Ehtimal edilir ki, Sərdar Abdullayev sağdır və hazırda haradasa yaşayır. Kanalın kənarına onun paltarının kim tərəfindən atılması faktı araşdırılır. Sərdar Abdullayevin atası Xanlar Abdullayev oğlunun tez-tez intihar edəcəyi ilə bağlı məlumat verməsini bildirib. O, bunun səbəbini özünün şəxsi mağazasında geyim əşyalarının satışı ilə məşğul olan oğlunun və onun həyat yoldaşının bir çox adama pul borcunun olması ilə əlaqələndirib.

Məlumata görə, Sərdar Abdullayev aprelin 8-də evdən çıxarkən əynində qara şalvar, qara jaket, qara ayaqqabı olub. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm