Qırmızı.az
“Bu, çox çirkin oyundur” - Qafqaz Universitetinin rektoru DANIŞDI
Qafqaz Universitetinin rektoru Ahmet Saniç xarici və ölkə mediasında onun, “Çağ Öyretim İşletmeleri” şirkətinin rəhbəri Enver Özerenin, Bahri Topuzun və daha 5 nəfərin yaxın günlərdə deportasiya ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
Rektor A.Saniç Publika.az-a açıqlamasında yayılan məlumatların yalan olduğunu söyləyib.
O deyib ki, hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır və məlumat toplanılır: “Yəqin ki, sabah üçün geniş açıqlama veriləcək. Bu tip xəbərləri indi də Türkiyədə yayımlan media qurumları yayıblar. Ancaq bu xəbərlərin kökü Azərbaycana bağlıdır. Həmin xəbərlər Azərbaycanda yayılmış xəbərlərdir ki, indi də təkrar Türkiyədə yayımlanır. Yəni, bu xəbərləri Azərbaycan mediası Türkiyəyə, Türkiyə mediası isə bura yayır. Ümumilikdə isə baxırsan ki, eyni xəbərlərdir. Həmin xəbərlərin mənbəyi də buradadır. Mən bu cür xəbərləri yalan hesab edirəm. Bu, çox çirkin oyundur. Heç də yaxşı hal deyil. Yaşanan bu proses mənə heç də yaxşı təsir etmir. Yəqin ki, Azərbaycanın Təhsil Nazirliyi və ya digər hər hansı qurumunun bu məsələ ilə bağlı açıqlaması olacaq”.
Qafqaz Universitetinin adının dəyişdiriləcəyi barədə yayılan məlumatlara da toxunan A.Saniç bu barədə xəbərlərin yalan olduğunu söyləyib: “Bunların hamısı yalandır. Qafqaz Universitetinin adı dəyişdirilmir”.
Vasif Həsənli
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO