“Bu qanlı qətliam təfəkkürümüzü düzgün istiqamətə doğru irəlilətdi”
Bizi izləyin

Qırmızı.az

“Bu qanlı qətliam təfəkkürümüzü düzgün istiqamətə doğru irəlilətdi”

“Bu qanlı qətliam təfəkkürümüzü düzgün istiqamətə doğru irəlilətdi”

“Bu qanlı qətliam təfəkkürümüzü düzgün istiqamətə doğru irəlilətdi” 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin təkcə xalqımıza qarşı deyil, bütün insanlığa qarşı törətdiyi bu qanlı cinayət Azərbaycan xalqının milli mənliyinə, milli azadlıq ruhuna qarşı edilən təcavüz, insanların vəhşicəsinə qətlə yetirilməsi,qocaların, qadınların, uşaqların qanına qəltan edilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi....

Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Əli Məsimli deyib. “Bu qanlı qətliam təfəkkürümüzü 70 illik sovet dönəmində 10-larla universitetin irəlilətdiyindən daha çox və düzgün istiqamətə doğru irəlilətdi... Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımız birləşmək əzmini mübarizliyini daha da artdı. Müstəqillik uğrunda mübarizə əzmimizi daha da gücləndi. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda həm də xalqımızın tarixində möhtəşəm bir qəhrəmanlıq səhifəsidir. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna- milli azadlığına qovuşdu. Müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərimizə Allah rəhmət eləsin! Şəhidlərimizin ruhu şad olsun deyə davamlı mübarizə və böyük qanlar hesabına əldə etdiyimiz müstəqilliyimiz cəmiyyət həyatının bütün tərəflərini əhatə edən sistemli demokratik islahatlar yolu ilə Azərbaycan vətəndaşının əksəriyyətinin rifahı ilə tamanlanması işi maksimum sürətləndirilməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm