• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Səs” Media Qrupunun rəhbəri ADU tələbələrinə mühazirə oxudu

“Səs” Media Qrupunun rəhbəri ADU tələbələrinə mühazirə oxudu

Bu gün Azərbaycan Dillər Universitetininn Filologiya və Jurnalistika fakültəsinin Jurnalistika ixtisasında keçirilən açıq dərsdə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev və şöbə müdiri Ofelya Abbasova qonaq olub.

Publika.Az-ın xəbərinə görə, dərs ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin dəvəti ilə baş tutub: “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi və ADU-nun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Zeynab Kazımovanın Jurnalistika ixtisasının II kursunda təhsil alan tələbələrinə tədris etdiyi “Azərbaycanda informasiya agentlikləri” fənni üzrə dərsdə qonaq olan Bəhruz Quliyev “Azərbaycanda özəl informasiya agentliklərinin yaranması, inkişafı, qeydiyyatı və hüquqi statusu” mövzusunda məruzə edib.

“Səs” Media Qrupunun tərkibinə “Səs” İnformasiya Agentliyinin, (SİA) “Səs” TV və “Səs” qəzetinin daxil olduğunu bildirən media qrupun rəhbəri Bəhruz Quliyev özəl informasiya agentliklərinin inkişafı prosesindən danışıb. “Səs” Media Qrupunun rəhbəri medianın qarşısında duran əsas vəzifələrdən və informasiya siyasətinin tənzimlənməsindən bəhs edib. SİA-nın fəaliyyəti ilə bağlı tələbələrə məlumat verən Bəhruz Quliyev agentliyin xəbər tədarükçüsü olduğunu diqqətə çatdırıb. O, “Səs” İnformasiya Agentliyi ilə yanaşı, “Səs” TV-nin fəaliyyətindən də söz açıb. Bəhruz Quliyev bildirib ki, SİA 2008-ci il iyulun 23-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Agentlik Azərbaycan, ingilis və rus dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, o cümlədən Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Moldova və Avropada büroları var. Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklər, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət strukturları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, diaspor qurumlarımızla geniş əlaqələri vardır. Agentlikdən başqa onun törəmə qurumu kimi SəsTV internet televiziyası,siasport.az idman portalı, siatravel.az turizm agentliyinin fəaliyyət göstərdiyini bildirib.

SİA-nın şöbə müdiri Ofelya Abbasova jurnalistlərin etik davranış normaları haqda tələbələrə məlumat verərək, jurnalist ixtisası üzrə pedaqoji təcrübəsindən söhbət açıb. Sonda qonaqlar tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR