Gəncədə ağır yol qəzası: İki piyada vurudu
Bizi izləyin

Qırmızı.az

Gəncədə ağır yol qəzası: İki piyada vurudu

Gəncədə iki piyada yol nəqliyyat qəzasının qurbanı olub.Bu barədə məlumatı Gəncə Şəhər Baş Polis İdarəsindən veriblər.

Gəncədə iki piyada yol nəqliyyat qəzasının qurbanı olub.Bu barədə məlumatı Gəncə Şəhər Baş Polis İdarəsindən veriblər.

Məlumata görə şəhərin müxtəlif yerlərində 9 və 86 yaşlı piyadaları maşın vuraraq öldürüb. Hadisələrdən biri ötən gecə saat 21.00 radələrində Ruzigar Qasımov küçəsində baş verib. Şəhər sakini 34 yaşlı Sədaqət Qurbanova azyaşlı övladı ilə məişət tullantılarını atmaq üçün evdən çıxıb və yolu keçərkən şəhər sakini Babayev Eminin idarə etdiyi “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində Sədaqət Qurbanova ağır xəsarət alıb, 9 yaşlı oğlu isə dünyasını dəyişib.

Digər hadisə isə bu gün səhər saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Gəncə şəhər sakini 1928-ci il təvəllüdlü Əntiqə Allahverdiyeva yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində dünyasını dəyişib. Onu vuran sürücü isə hadisə yerindən qaçıb.


Hər iki fakt üzrə cinayət işi açılıb. İstintaq gedir. /Gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm