Sənaye ilinə həsr olunmuş simpozium keçirilib
Bizi izləyin

Qırmızı.az

Sənaye ilinə həsr olunmuş simpozium keçirilib

Sənaye ilinə həsr olunmuş sinpozium keçirilib

Qafqaz universiteti sənaye mühəndisliyi bölməsi, gənc mühəndislər ictimai birliyinin birgə təşkilatçılığı ilə “2014 sənaye ilinə həsr olunmuş Azərbaycan müəssislərinin intensiv inkişafında sənaye mühəndisliyi və sənaye mühəndislərinin rolu “ adlı I elmi praktiki simpozium keçirilib.

Publika.az-ın məlumatına görə, açılış nitqi və qonaqları salamlamaq üçün kürsüyə dəvət olunan universitetin rektoru prof.dr. Ahmet Saniç Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətini uğurla davam etdirən prezideny İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrin surətli inkişafından geniş danışıb. O qeyd edib ki, prezidentimiz tərəfindən “2014 –cü ilin Sənaye ili” elan olunması ali məktəblərində üzərinə məsuliyyət qoyur. Beləki universitetlər də elmi cəhətdən və yetişdirdiyi mütəxəsislərlə Azərbaycan sənayesinin inkişafına öz töhvələrini verməlidir. Biz bunu bacardığımız zaman İlham Əliyev cənablarının “Neft kapitalını insan kapitalına çevirək” tapşırığı qarşısında üzərimizə düşəni etmiş olarıq.

Qafqaz universitetinin mühəndislik fakültəsinin dekanı dossent Yadullah Babayev çıxışında bildirib ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.Fəaliyyət göstərdiyi gündən etibarən Qafqaz universitetinin sənaye mühəndisliyi fakültəsi yetişdirdiyi kadrlarla ölkəmizin sənayesisinə töhfələr bəxş edibr. Simpoziumda iştirak edən məruzəçilərin hamısı səneyinin müxtəlif sahələrində fəaliyyət göstərən təcrübəli Qafqaz Universitetinin sənaye mühəndisliyi fakültəsinin məzunlarıdır.

Sinpozium iştirakçıları “İş dünyasında sənaye mühəndisinin rolu”, “İdarəetmədə sənaye mühəndisinin rolu”, “Neft sektorunda sənaye mühəndisinin rolu” , “İstehsalat və istehsalın planlaşdırılmasında sənaye mühəndisinin rolu”, “Keyfiyyətin idarəedilməsində sənaye mühəndisinin rolu” mövzusunda məruzələr dinləyiblər. Tədbirin sonunda məruzəçilərə təşkilatçılar tətəfindən sertifikat və hədiyyələr verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm