"Qarabağ münaqişəsinin həlli üçün tədbir görməyin vaxtı çatıb" - Valdis Zatlers
Bizi izləyin

Qırmızı.az

"Qarabağ münaqişəsinin həlli üçün tədbir görməyin vaxtı çatıb" - Valdis Zatlers

"Qarabağ münaqişəsinin həlli üçün tədbir görməyin vaxtı çatıb" - Valdis Zatlers

"Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin həllinə biganə qalmamalıdır". Publika.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan Latviyanın keçmiş prezidenti Valdis Zatlers bildirib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti bu münaqişənin tezliklə həllinə çalışmalıdır. Sabiq prezident deyib: "Dondurulmuş münaqişələr gələcəkdə bütün dünya üçün təhlükə yarada bilər, bunun üçün də həmin münaqişələrin həll olunması üçün tədbir görməyin vaxtı çatıb. Xüsusilə, bu, ATƏT-in Minsk qrupunun səyləri də daxil olmaqla, həll olunması üçün bütün səylərin uğursuz olduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aiddir. Hesab edirəm ki, biz bu məsələdə fəallıq göstərməliyik, biz Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni yanaşmaları axtarmalıyıq".

V.Zatlers həmçinin vurğulayıb ki, Bakıda keçirilən II Cənubi Qafqaz Forumu həm Azərbaycan, həm də region üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, forum keçmiş və indiki problemləri toplaşaraq müzakirə etməyə, həmçinin gələcəkdə bu problemlərin həlli yollarını tapmağa imkan verir: "Azərbaycan yalnız regional lider ölkə deyil, həm də dünyanın inkişafına öz töhfəsini verən ölkədir".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm