“Nə baş verir ki, Xocalı soyqırım sözü qətliam sözü ilə əvəz olunur?”
Bizi izləyin

Qırmızı.az

“Nə baş verir ki, Xocalı soyqırım sözü qətliam sözü ilə əvəz olunur?”

“Nə baş verir ki, Xocalı soyqırım sözü qətliam sözü ilə əvəz olunur?”

"Amerikanın 15 ştatı, Pakistan, Kolumbiya, Meksika parlamentləri Xocalı hadisəsini soyqırım aktı kimi tanıyıblar və tanınma prosesi hələdə davam etməkdədir. Artıq ermənilər bütün sübutlarıyla ortada olan soyqırım cinayətindən qaça bilmirlər” .

Bu sözləri “Soyqırım Həqiqətlərinini Tanıdılması” İctimai Birliyinin sədri, Xocalı sakini Ceyhun Ələkbərov Türkiyənin Uşak bələdiyyəsi tərəfindən Xocalı soyqırımı ilə bağlı uçaldılan abidənin önündə soyqırım sözünün,qətliamla əvəz olunmasını şərh edərkən bildirib.

Təşkilat sədri bu hərəkətin Türkiyə-Azərbaycan qardaşlığını zədələyə bilməyəcəyini diqqətə çatdırıb: “Türkiyə hər zaman Azərbaycanın yanında olub və bunu heç bir zaman unutmaq olmaz. Qardaş dövlət olaraq, Qarabağ məsələsinin dünya ictimaiyyətinə çatdırılmasına böyük rol oynayır. Unutmamalıyıq ki, ermənilər olmayan hadisədən soyqırım düzəlib, dünya ictimaiyyətini çatdırırlar. Amma təəssüf ki,qardaş ölkədə bəzi diarələr 1992-ci ilin fevralın 26-da yaşanan hadisəni qətliam kimi təqdim etməyə çalışırlar. Bir şəhərin yer üzündən silinməsi qətliam yox,yalnız soyqırım ola bilər. Məsələyə bu prizmadan yanaşmamaq tarixi ədalətsizlikdir”. Ceyhun Ələkbərov hadisələrə beynəlxalq hüquq çərçivəsində yanaşmağı təklif edir: “26 fevral 1992-ci ildə Ermənistan dövləti tərəfindən həyata keçirilən cinayət etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistemli şəkildə tam və ya qismən məhv edilməsi aktıdır. Beynəlxalq hüquqla törədilən bu cinayətin yalnız bir adı var-Soyqırım. Xocalı soyqırımını fərqli istiqamətlərə yönləndirmək istəyənlər unutmamalıdırlar ki, əgər qətliamlar bir bölgədə ulusu tamamilə ortadan qaldırmaq məqsədi daşıyırsa, bu yenədə soyqırımın parçası olaraq adlandırılır. Ermənilər Xocalını tərk edib dağlara sığınan mülkü insanları yaşlı,xəstə, qadın, uşaq demədən xüsusi amansızlıqla öldürüblər. Bu bir millətin tamamilə yox edilməsi aktıdır”.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm