Hava yağmursuz olacaq
Bizi izləyin

Qırmızı.az

Hava yağmursuz olacaq

Mayın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14, günün birinci yarısında 20-24 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə də sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm