Cəsarət Valehov: "Məktəblərdə "Qarabağın tarixi" keçiriləcək" - (Yenilənib)
Bizi izləyin

Qırmızı.az

Cəsarət Valehov: "Məktəblərdə "Qarabağın tarixi" keçiriləcək" - (Yenilənib)

Növbəti ildən məktəblərdə “Qarabağın tarixi” adlı fakültətiv kurs keçiləcək. Publika.az-ın məlumatına görə, bu sözləri Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun üçün artıq tədris materialları hazırlanıb. Bu kursların V-XI siniflər üçün sinifdənxaric oxu xarakterli olacaq. Təhsil Nazirliyinin daha bir yeniliyi uşaqların məktəbəqədər hazırlığı ilə bağlıdır. C.Valehovun sözlərinə görə, uşaqların məktəbə hazırlığı ilə bağlı QHT-lərlə iş başlayacaq. Bununla bağlı proqram hazırlanır. Bundan başqa, Təhsil Nazirliyi son 25 ildə ilk dəfə peşə məktəbləri üçün 37 ədəd maşın alıb. Bunlar kənd təsərrüfatı texnikalarıdır. Həmin maşınlar bölgələrdəki peşə ixtisas təhsili müəssisələrinə paylanacaq.

****

2014-2015-ci ildə tələbə qəbulu planında olan dəyişiklərlə bağlı mətbuat konfransı keçirilib.

Publika.az –ın məlumatına görə, tədbirdə çıxış edən QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu il qəbul prosesindəki yeniliklərdən danışıb.

Onun sözlərinə görə, bu ilki tədris ilində əyani təhsil forması üzrə qəbul planı 1% artırılıb. Bu il özəl ali mətəblərdə qiyabi təhsil forması üzrə qəbul planı ləğv edilib.

Digər ali məktəblərdə isə qiyabi təshil forması üzrə qəbul 2 dəfədən çox azaldılıb, həmin yerlər əyani qəbul forması üçün ayrılıb.

Növbəti tədris ilində daha bir yenilik Azərbaycan Müəllimlər İnstitutnda pedaqoji ixtisaslara bu il qəbul planı verilməyəcək. Pedaqoji ixtisaslar üzrə qəbul planı yalnız Qafqaz Universiteti, Xəzər Universiteti və Bakı Qızlar Universitetinə verilib.

Bunun səbəbi isə adı çəkilən universitetlərdə kadr hazırlığının qənaətbəxş olmasıdır. Kənd təsərrüfatı ixtisasları üzrə yalnız dövlət sifarişi əsasında qəbul planı ayrılacaq. Magistratura pilləsinə qəbulda da bu il dəyişikliklər olacaq. Belə ki, bu il magistr pilləsinə qiyabi təhsil forması üçün plan yeri ayrılmayıb.

Bundan başqa Bakalavr buraxılışı olmayan ixtisasların magsitr üzrə plan yerləri ayrılmayıb. Məsələn, bank işi üzrə bakalavr ixtisası yoxdur. Onun magistratura səviyyəsinə də plan yeri ayrılmayıb. Orta ixtisas təhsil müəssəsiələrində real tələbata əsaslanamdan artırılmış qəbul yeri azaldıb. Onun sayı 15 667dən 11 267-ə enib: “Bundan başqa orta ixtisas peşə təhsili məktəblərindən Ibitiadi sinif vəı inofrmatika müəllimliyi ixtsasları qəbul planından çıxarılıb. Çünki ali məktəblərin pedaqoji təhsil ixtisaslarl üçün daha geniş imkanlar var. Orta ixtisas peşə məktəblərində, yəni kolleclərdə qiyabi təhsil forması üçün plan yeri 4.1 dəfə azaldılıb. Texniki istiqamətli kolleclərdə müəllimlik ixtisasları üzrə qəbul planı çıxarılıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm