Niderland mediası Xocalı soyqırımı haqqında yazıb
Bizi izləyin

Qırmızı.az

Niderland mediası Xocalı soyqırımı haqqında yazıb

Niderland mediası Xocalı soyqırımı haqqında yazıb

Niderlandın gündəlik böyük tirajlı "FrieschDagblad" (Gündəlik Friesland) qəzetində Azərbaycan diasporu haqqında yazı dərc olunub.

Qəzetdə “Hollandiyada Azərbaycan Evi" təşkilatının sədri Elxan Mirhəşimli və təşkilatın idarə heyətinin üzvü Ələkbər Həşimovun müsahibələri yer alıb.

Müsahibədə Azərbaycan haqqında məlumat verilib. Eyni zamanda “Hollandiyada Azərbaycan Evi" təşkilatının fəaliyyəti haqqında danışılıb.

Yazıda həmçinin Xocalı soyqırımı və onun baş vermə səbəbləri barədə də söhbət açılıb. Müsahibədə təşkilatın gələcək planlarından danışan E. Mirhəşimli deyib ki, məqsədləri hollandiyalı vətəndaşlarla birlikdə Azərbaycanı tanıtmaqdır. E. Mirhəşimli qəzetimizə bildirib ki, Niderland KİV nümayəndələri onlarla birlikdə fəaliyyət göstərməkdə maraqlıdırlar: “Niderland jurnalistləri bizimlə sıx-sıx görüşlər keçirməyi təklif ediblər. Gələcəkdə Niderland mediası ilə daha çox əlaqə saxlayıb Azərbaycan barədə ətraflı məqalələr çap etdirəcəyik”.

Xatırladaq ki, E.Mirhəşimli 2001-ci ildən Niderlandda yaşayır. Uzun müddətdir ki, diaspor sahəsində çalışan Elxan müəllim “Hollandiyada Azərbaycan Evi” təşkilatını bu ilin yanvarında yaradıb.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm