TQDK rayonlarda ana dilindən imtahan keçirəcək
Bizi izləyin

Qırmızı.az

TQDK rayonlarda ana dilindən imtahan keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 4-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcəbədi, Göyçay, lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölmələri üzrə “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.

Publika.Az-ın məlumatına görə, abituriyentlər “İmtahan buraxılış vərəqəsi”ni aprelin 29-dan TQDK-nın internet saytına daxil olaraq çap edə bilərlər.

İmtahanda 8215 abituriteyn iştirak edəcək, onların 3676-sı oğlan, 4539-u qızdır. 5863 builki məzunlar, 2352 nəfəri əvvəlki llərin məzunlarıdır. 35 abituriyent Ali təhsil müəssiələrinin məzunları, 363 nəfər isə orta ixtisas təhsili müəssiələrinin məzunlarıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc isə 1999-cu il təvəllüdlüdür.

İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri, 659 nəzarətçi müəllim ayrılıb.

İmtahan bütün şəhərlərdə 13:00-da başlayır.İmtahan 45 dəqiqə ərzində aparılır, 30 test tapşırığı verilir.

Səhv cavablar düzgün cavablara təsir etmir. İmtahan nəticələri “məqbul” və “qeyri-məqbul” dəyərləndirilir. Abituriyentin məqbul alması üçün topladığı bal 15-dən az olmamalıdır.

***

Abituriyentlərin nəticələri ötən ildən fərqlənmir

Bu vaxta qədər aparılan sınaq imtahanlarının monitorinqi aparılıb. Bu ilki məzunların biliyi ötən illə müqayisədə çox da fərqlənmir.

Bəzi fənnlərdə bu göstərici müəyyən qədər azalıb, bəzi fənlər üzrə isə səviyyə yüksəlib.

Publika.az-ın məlumatına görə, bu sözləri rə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bugünkü mətbuat konfransında deyib.

M.Abbaszadə bildirib ki, 5, 6 və 10-cu siniflər üzrə monitorinq imtahanlarının nəticələri araşdırılıb. Bunun nəticələri barədə də məlumat veriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm