Ermənistana cavab: Müdafiə Nazirliyi cəbhə bölgəsində təlim keçir
Bizi izləyin

Qırmızı.az

Ermənistana cavab: Müdafiə Nazirliyi cəbhə bölgəsində təlim keçir

Müdafiə Nazirliyi cəbhə bölgəsində təlim keçir

Bu ilin öyüş hazırlığı planına uyğun olaraq Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində aprel ayının 28-dən növbəti təlim məşqləri keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, təlimlərə 4.000-dək şəxsi heyət, 60-dan çox zirehli texnika, raket-artilleriya qoşunlarının 120-dən artıq qurğusu, aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub.

May ayının 1-dən təlimlərin praktiki hissəsi başlayıb. Təlimlər zamanı zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib.

Təlimlərdə iştirak edən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm